"Beşiktaş" Tammy Abrahamın yerini Belçikanın "Genk" klubunda çıxış edən, cənubi koreyalı hücumçu Hyeon Gyu Oh ilə doldurub.
Manset.az Türkiyə mediasına istinadən xəbər verir ki, klub transferlə bağlı danışıqlara başlandığını və futbolçunun artıq İstanbula gəldiyini bildirib.
Bununla da "Beşiktaş"da hücumçu axtarışları başa çatıb.