"Barselona"ya keçməyi hədəfləyir - Klub isə tərəddüd edir

00:30 - 05 Fevral 2026

\"Barselona\"ya keçməyi hədəfləyir - Klub isə tərəddüd edir

İngiltərə çempionu "Mançester Siti"nin aparıcı futbolçusu Bernardo Silva karyerasını İspaniyada davam etdirmək niyyətindədir.


Manset.az Qol.az-a istinadən xəbər verir ki, portuqaliyalı yarımmüdafiəçi "Barselona"ya keçməyi planlaşdırır.

Məlumata görə, ulduz futbolçu Kataloniya klubunun rəhbərliyinə bu yay "şəhərlilər"lə müqaviləsi başa çatdıqdan sonra azad agent kimi komandaya qoşulmaq istəyini bildirib. Lakin "Barselona" rəhbərliyi bu keçidə bir qədər tərəddüdlə yanaşır. Klub rəsmiləri təcrübəli oyunçunun transferinin nə dərəcədə məqsədəuyğun olduğuna hələ tam əmin deyillər.

Qeyd edək ki, Silva 2017-ci ildə "Monako"dan 50 milyon avro qarşılığında "Mançester Siti"yə keçib. O, cari mövsümdə İngiltərə klubunun heyətində bütün turnirlərdə 33 oyuna çıxıb, 1 qol və 5 məhsuldar ötürmə ilə yadda qalıb.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az