Türkiyə Futbol Federasiyasının İntizam Komitəsi Superliqanın 20-ci turundan sonra sərt qərarlar qəbul edib.
Manset.az Qol.az-a istinadən xəbər verir ki, bu qərarlar fonunda "Beşiktaş" və "Fənərbaxça" ciddi itkilərlə üzləşib.
"Beşiktaş"ın "Konyaspor"la matçında (31.01.2026) birbaşa qırmızı vərəqə görərək meydandan qovulan Kristjan Asllani 2 oyunluq diskvalifikasiya olunub. Qurum bunu futbolçunun rəqibə qarşı ciddi qayda pozuntusu etməsi ilə əsaslandırıb.
"Fənərbaxça"nın ulduz müdafiəçisi Milan Skriniar da cəzasız qalmayıb. "Kocaelispor"la qarşılaşmada rəqib azarkeşlərə qarşı qeyri-etik hərəkətlər edən futbolçuya 2 oyunluq cəza tətbiq olunub. Bununla yanaşı o, 80 min TL məbləğində cərimələnib.