“Qarabağ”ın Çempionlar Liqası heyətində dəyişiklik edildi

13:36 - 06 Fevral 2026

“Qarabağ”ın Çempionlar Liqası heyətində dəyişiklik edildi

UEFA Çempionlar Liqasının pley-off mərhələsində İngiltərənin "Nyukasl" komandası ilə üz-üzə gələcək "Qarabağ" klubu iştirak ərizəsində dəyişiklik edib.


Manset.az xəbər verir ki, bu barədə Ağdam klubunun mətbuat xidmətindən bildirilib.

Kris Kuakunun adı iştirak ərizəsindən çıxarılıb. Onu Kadi Borges əvəzləyib.

"Kəhər atlar"ın yeni transferi Jeremi Qnali isə heyətdə yer almayıb.

"Qarabağ" və "Nyukasl" arasında ilk matç fevralın 18-də, saat 21:45-də Bakıda, cavab qarşılaşması isə fevralın 24-i Mərkəzi Avropa vaxtı ilə saat 21:00-da (Bakı vaxtı ilə fevralın 25-i saat 00:00-da) başlanacaq.

Xatırladaq ki, Kadi Borgesin adı noyabrda zədələndiyi üçün iştirak ərizəsindən çıxarılmışdı.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az