"Zirə" "Sumqayıt"a qalib gəldi 

21:22 - 08 Fevral 2026

\"Zirə\" \"Sumqayıt\"a qalib gəldi 

Misli Premyer Liqasının XIX turunda daha bir görüş baş tutub.


Manset.az xəbər verir ki, "Sumqayıt" evdə "Zirə" ilə qarşılaşıb.

Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda baş tutan oyun "Zirə"nin 3:2 hesablı qələbəsi ilə nəticələnib.

"Sumqayıt"ın heyətində Nikola Ninkoviçlə (26) Aleksandr Ramalinqom (50) fərqləniblər. "Zirə"nin qollarını isə Davit Volkov (24), Qismət Alıyev (35) və Giorgi Papunaşvili (88) fərqləniblər.

Bu nəticədən sonra xallarının sayını 32-yə yüksəldən "Zirə" üçüncü pillədə yer alıb. 30 xala malik "Sumqayıt" isə beşincidir.

Qeyd edək ki, turun bu gün baş tutan açılış matçında "Sabah" evdə "Araz-Naxçıvan"ı 4:1 hesabı ilə məğlub edib.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az