Cüdoçularımız "Böyük Dəbilqə" turnirini 3 medalla başa vurdular

22:16 - 08 Fevral 2026

Cüdoçularımız \"Böyük Dəbilqə\" turnirini 3 medalla başa vurdular

Azərbaycan cüdoçusu Zelim Tçkayev Fransanın paytaxtı Parisdə keçirilən "Böyük Dəbilqə" turnirində gümüş medal qazanıb.


Manset.az xəbər verir ki, 81 kiloqram çəkidə çıxış edən idmançı finalda yaponiyalı Yuhei Onoya uduzub.

Bu gün mübarizəyə başlayan digər cüdoçularımız rəqiblərinə məğlub olaraq turnirlə vidalaşıblar.

Bununla da Azərbaycan millisi “Böyük Dəbilqə"ni 3 medalla başa vurub.

Qeyd edək ki, daha əvvəl Balabəy Ağayev (60 kiloqram) qızıl, Ruslan Paşayev (66 kiloqram) isə bürünc mükafata sahib çıxıb.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az