"Tottenhem"in futbolçusu sıradan çıxdı

01:30 - 10 Fevral 2026

\"Tottenhem\"in futbolçusu sıradan çıxdı

"Tottenhem"in aparıcı oyunçularından biri Destini Udojini sıradan çıxıb.


Manset.az Qol.az-a istinadən xəbər verir ki, italyalı müdafiəçinin bud əzələsindəki zədəsi təzələnib.

Ötən həftə "Mançester Yunayted"lə oyunda zədələnən 23 yaşlı futbolçu təxminən bir ay yaşıl meydanlardan uzaq qalacaq. Bu barədə komandanın baş məşqçisi Tomas Frank məlumat verib:

"Təəssüf ki, Destini zədələnib və növbəti 4-5 həftə ərzində bizə kömək edə bilməyəcək".

Mütəxəssis digər zədəli oyunçuların durumu barədə də danışıb. O, müdafiəçi Kevin Dansonun bir neçə həftəyə sıraya dönəcəyini bildirib. Vinger Deyan Kuluşevskinin isə bu mövsüm oynayıb-oynamayacağı həftə ərzində keçiriləcək tibbi müayinədən sonra bəlli olacaq.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az