FİFA-dan "Atletik"ə sərt cəza

09:26 - 13 Fevral 2026

FİFA-dan \"Atletik\"ə sərt cəza

FİFA İspaniyanın “Atletik” (Bilbao) klubuna transfer qadağası tətbiq edib.


Manset.az Qol.az-a istinadən xəbər verir ki, bu barədə qurumun rəsmi saytı məlumat yayıb.

Qərara əsasən, La Liqa təmsilçisi 2028-ci ilin yanvar ayına qədər yeni futbolçuların qeydiyyatını həyata keçirə bilməyəcək. Bildirilir ki, sanksiya klubun FİFA-nın normativ tələblərini pozması ilə əlaqədardır.

Transfer qadağası qüvvədə olduğu müddətdə “Atletik” həm yerli, həm də beynəlxalq keçidləri rəsmiləşdirə bilməyəcək.

Hazırda Bilbao təmsilçisi İspaniya çempionatında 23 turdan sonra 28 xalla 10-cu pillədə qərarlaşıb. Turnir cədvəlinə 58 xalla “Barselona” başçılıq edir.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az