Bu axşam UEFA Çempionlar Liqasının pley-off mərhələsinin ilk oyunları çərçivəsində daha 4 qarşılaşma keçiriləcək.
Manset.az xəbər verir ki, günün ilk matçında Azərbaycan təmsilçisi “Qarabağ” İngiltərənin “Nyukasl” klubu ilə qarşılaşacaq.
Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək görüş saat 21:45-də başlayacaq.
Gecənin digər oyunlarında “Budyo Qlimt” “İnter”lə, “Brügge” “Atletiko Madrid”lə, “Olimpiakos” isə “Bayer Leverkuzen”lə qarşılaşacaq.
UEFA Çempionlar Liqası
Pley-off mərhələsi
18 fevral
Saat 21:45, “Qarabağ” – “Nyukasl”.
19 fevral
Saat 00:00, “Budyo Qlimt” – “İnter”;
Saat 00:00, “Brügge” – “Atletiko Madrid”;
Saat 00:00, “Olimpiakos” – “Bayer Leverkuzen”.