Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan UEFA Çempionlar Liqasında "Yuventus"u məğlub edərək 16-lıq mərhələsinə yüksələn "Qalatasaray"ı təbrik edib.
Manset.az-ın Türkiyə mediasına istinadən əldə etdiyi məlumata görə, Prezident Ərdoğan İtaliyanın Torino şəhərindəki Allianz Stadionunda "Yuventus" ilə oynanan matçın ardından "Cimbom"la telefonla əlaqə saxlayıb.
Matçdan sonra baş məşqçi Okan Burukla telefonla danışan Prezident Ərdoğan: ""Qalatasaray" mərhələni keçdi. Bu, ölkəmiz üçün çox böyük bir uğur oldu. Gözlərinizdən öpürəm" - deyib.
Okan Buruk isə: "Biz də çox sevinirik. Bu, sizin doğum günü hədiyyəniz olsun, Cənab Prezident" - deyərək cavab verib.
Ərdoğan oyunçulardan Barış Alper Yılmazı isə "53 nömrə ilə çox yaxşı performans göstərdin. Afərin. Gözlərindən öpürəm" - sözləri ilə xüsusi formada təbrik edib.