Millimiz Şimali Makedoniyaya uduzdu

22:36 - 02 Mart 2026

Millimiz Şimali Makedoniyaya uduzdu

Kişi basketbolçulardan ibarət Azərbaycan millisi AVRO-2029-un seçmə mərhələsində növbəti oyununa çıxıb.


Manset.az xəbər verir ki, Şimali Makedoniya yığmasını qəbul edən Tahir Baxşıyevin baş məşqçisi olduğu kollektiv 70:78 hesabı ilə uduzub.

Qarşılaşma Bakı İdman Sarayında təşkil olunub.

Daha əvvəl Şimali Makedoniya (49:87) və Lüksemburqa (90:95) uduzan Azərbaycan millisi İrlandiyanı (76:75) məğlub edib.

A qrupunda Şimali Makedoniya 8 xalla liderdir. Lüksemburq 5 xalla ikinci, eyni xala malik Azərbaycan millisi üçüncüdür. Bütün oyunlarda uduzan İrlandiya 3 xalla dördüncü pillədə qərarlaşıb.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az