Messi karyerasında 178-ci dubluna imza atdı

07:30 - 06 Mart 2026

Messi karyerasında 178-ci dubluna imza atdı

Dünya futbolunun canlı əfsanəsi Lionel Messi məhsuldarlığı ilə azarkeşləri heyran etməkdə davam edir.


Manset.az Qol.az-a istinadən xəbər verir ki, 38 yaşlı hücumçu MLS-in yeni mövsümündə ilk qollarını "Orlando Siti" ilə matçda (4:2) dubl etməklə rəsmiləşdirib.

Bu, argentinalı ulduzun karyerasında sayca 178-ci dublu olub. Messinin dubllarının böyük hissəsini "Barselona"da (137) qeydə alıb. O, Argentina millisində 14, PSJ-də isə 5 dəfə bir oyunda iki qol vurmağa nail olub. Hazırkı klubu "İnter Mayami"nin heyətinə üç ildən az müddət əvvəl qoşulmasına baxmayaraq Messi artıq 22-ci dəfə dubla imza atıb. Təcrübəli forvardın bütün peşəkar karyerası boyu vurduğu qolların ümumi sayı isə 898-ə çatıb.

Qeyd edək ki, Lionel Messinin 900 qolluq tarixi həddə çatmasına cəmi iki dəqiq zərbə qalır.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az