“Beşiktaş” “Qalatasaray”a məğlub oldu

23:10 - 07 Mart 2026

“Beşiktaş” “Qalatasaray”a məğlub oldu

Türkiyə Super Liqasında XXV turun oyunları keçirilir.


Manset.az xəbər verir ki, bu gün İstanbul derbisi baş tutub.

    “Beşiktaş” “Qalatasaray”ı qəbul edib. Görüş “ağ-qaralar”ın üstünlüyü şəraitində keçib. Buna baxmayaraq hesabı qonaqlar açıb. Viktor Osimhen komandasını irəli çıxarıb.

    İkinci yarıda “Beşiktaş” təzyiqi daha da artırıb. Epizodlardan birində “sarı-qırmızılılar”ın futbolçusu Leroy Sane birbaşa qırmızı vərəqə ilə cəzalandırılıb. 10 nəfərlə qalan “Qalatasaray” qələbə hesabını qoruyub saxlaya bilib - 1:0.

    Qeyd edək ki, “Cimbom” 61 xalla turnir cədvəlinə başçılıq edir.


    Bizi Facebook-da izləyin
    Yeniliklərdən xəbərdar olun
    Keçid et

    Digər xəbərlər

    Xəbər xətti

    Bütün xəbər xətti
    yenielan.az
    yenielan.az