"Arsenal"ın futbolçusu Maks Duman Çempionlar Liqasında yeni rekord müəyyənləşdirib.
Manset.az istinadən xəbər verir ki, o, bunu 1/4 finalının "Sportinq"ə qarşı ilk oyununda (1:0) iştirak etməklə bacarıb. Duman görüşün 76-cı dəqiqəsində meydana çıxıb.
Nəticədə 16 yaş 97 günlük yarımmüdafiəçi ÇL tarixində 1/4 finalda oynayan ən gənc futbolçu olub.
Əvvəlki rekord 16 yaş 272 günlüyündə PSJ-yə qarşı meydana çıxan "Barselona"nın hücumçusu Lamin Yamala məxsus idi.