"Arsenal" və "Bavariya" yarımfinalda - Çempionlar Liqası

01:00 - 16 Aprel 2026

\"Arsenal\" və \"Bavariya\" yarımfinalda - Çempionlar Liqası

Bu gün UEFA Çempionlar Liqasında yarımfinalın digər iki iştirakçısı müəyyənləşib.


Manset.az məlumatına görə, buna 1/4 final mərhələsinin növbəti cavab qarşılşamalarından sonra aydınlıq gəlib.

"Arsenal" İngiltərədə "Sportinq" komandası ilə qarşılaşıb və oyunda qapılardan top keçməyib. Lissabondakı birinci oyunda London klubu vurduğu 1 qol hesabına yarımfinala adlayıb.

"Real" isə Almaniyada "Bavariya"nın qonağı olub. Qarşılaşma ev sahiblərinin qələbəsi ilə yekunlaşıb - 4:3.

Bununla da "Bavariya" və "Arsenal" yarımfinala vəsiqə qazanıb.

UEFA Çempionlar Liqası

1/4 final mərhələsi, cavab oyunları

"Arsenal" (İngiltərə) - "Sportinq" (Portuqaliya) 0:0

İlk oyun - 1:0

"Bavariya" (Almaniya) - "Real" (İspaniya) 4:3

İlk oyun - 2:1

Qeyd edək ki, artıq "Atletiko" (Madrid) və PSJ (Fransa) komandaları yarımfinala vəsiqəni təmin ediblər.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az