Viktor Nelsson "Qalatasaray"a geri qayıdır? - Özü AÇIQLADI

13:00 - 20 Aprel 2026

Viktor Nelsson \"Qalatasaray\"a geri qayıdır? - Özü AÇIQLADI

"Qalatasaray"ın mövsümün əvvəlində satın alma seçimi ilə "Hellas Verona"ya icarəyə verdiyi Viktor Nelsson gələcəyi barədə danışıb.



Manset.az Türkiyə mediasına istinadən xəbər verir ki, Viktor Nelsson "Milan"la oynanan oyundan sonra mətbuata açıqlama verib. Danimarkalı müdafiəçi gələcəyi ilə bağlı verilən suala da cavab verib.


Nelsson, "Gələn il "Verona"da olacaqsız?" sualına cavab olaraq, "Dürüst olmaq lazımdırsa, bilmirəm, gələcəyi düşünmürəm. Gələcəyimlə bağlı heç nə demək istəmirəm. Hazırda bunu düşünmürəm" - deyib.


27 yaşındakı müdafiəçi daha əvvəl verdiyi açıqlamada "Qalatasaray"a geri dönmək istəmədiyini bildirmişdi. Viktor Nelssonun "Qalatasaray" ilə müqaviləsi 2028-ci ilə qədər davam edir.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az