Məşqdə zədələndi, dünya çempionatını buraxacaq

00:30 - 23 Aprel 2026

Məşqdə zədələndi, dünya çempionatını buraxacaq

Almaniya millisinin və "Bavariya"nın hücumameylli yarımmüdafiəçisi Serj Qnabri dünya çempionatını buraxacaq.


Manset.az Qol.az-a istinadən xəbər verir ki, 30 yaşlı futbolçu məşq zamanı bud nahiyəsindən ciddi zədə alıb. Mart ayında İsveçrə və Qanaya qarşı keçirilən yoldaşlıq oyunlarında əsas heyətdə meydana çıxan futbolçunun turnirdə iştirakı qeyri-mümkün olub. Qnabri sosial şəbəkə hesabında etdiyi paylaşımda mundial arzusunun başa çatdığını və komandanı evdən dəstəkləyəcəyini bildirib.

Qeyd edək ki, Almaniya millisi Meksika, ABŞ və Kanadanın birgə ev sahibliyi edəcəyi turnirin qrup mərhələsində Kurasao, Ekvador və Kot-d’İvuar seçmələri ilə qarşılaşacaq. Münhen təmsilçisi isə Bundesliqada növbəti çempionluğunu rəsmiləşdirsə də, hazırda Almaniya kuboku və Çempionlar Liqasında mübarizəni davam etdirir.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az