XXX tura 2 qarşılaşma ilə start verilir - Premyer Liqa

09:43 - 02 May 2026

XXX tura 2 qarşılaşma ilə start verilir - Premyer Liqa

Misli Premyer Liqasında XXX tura bu gün start veriləcək.


Manset.az xəbər verir ki, birinci oyun günündə iki matç keçiriləcək.

İlk olaraq "Sumqayıt" "Kəpəz"in qonağı olacaq. Yevlax şəhər stadionundakı qarşılaşma saat 16:00-da start götürəcək. "Gənclik şəhəri" təmsilçisi 38 xalla yeddinci, Gəncə klubu 21 xalla onuncu pillədə qərarlaşıb.

Saat 18:30-da "Araz-Naxçıvan" və "İmişli" komandaları münasibətlərə aydınlıq gətirəcəklər. Görüş Sumqayıtdakı "SOCAR Polymer Arena"da baş tutacaq. Naxçıvan təmsilçisi 40 xalla altıncı, qonaqlar 29 xalla doqquzuncu sıradadır.

Xatırladaq ki, tura mayın 4-də yekun vurulacaq.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az