Amerika Basketbol Liqasında (NBA) 13 mövsüm oynayan keçmiş basketbolçu Jason Collins 47 yaşında dünyasını dəyişib.
Manset.az xarici mediaya istinadən xəbər verir ki, NBA tarixində homoseksual olduğunu açıq şəkildə paylaşan ilk oyunçu olan Collins uzun müddət mübarizə apardığı dördüncü mərhələ beyin şişi (glioblastoma) səbəbindən vəfat edib.
Collins ailəsi bildirib ki, basketbolçu son səkkiz aydır agressiv beyin şişi ilə mübarizə aparıb. Açıklamada həm yaxın çevrəsi, həm də idman dünyası üçün ilham verən bir şəxs olduğu vurğulanıb.