"Sabah" Azərbaycan Kubokunun qalibi oldu - YENİLƏNİB

22:00 - 13 May 2026

\"Sabah\" Azərbaycan Kubokunun qalibi oldu - YENİLƏNİB

"Sabah" 2025/2026 mövsümündə Azərbaycan Kubokunun qalibi olub.


Manset.az xəbər verir ki, finalda "Zirə" ilə qarşılaşan "bayquşlar" 2:1 hesablı qələbəyə seviniblər.

Hərçənd ki, Valdas Dambrauskasın rəhbərlik etdiyi kollektiv erkən qolla geriyə düşüblər. 4-cü dəqiqədə Eren Aydın "qartallar"ı hesabda irəli çıxarıb. İkinci hissədə toparlanan "Sabah" 70-ci dəqiqədə Patrik Mbinanın, 90+1-ci dəqiqədə Coy Lens Mikelsin qolu ilə qələbə qazanıblar.

Qeyd edək ki, bu, "Sabah"ın tarixində qazandığı ikinci Azərbaycan Kuboku olub.

***

21:52

Azərbaycan Kubokunun "Sabah" və "Zirə" komandaları arasında keçirilən final oyununda üçüncü qol vurulub.


Manset.az xəbər verir ki, "Palms Sports Arena"da keçirilirən matçda "bayquşlar" hesabda irə çıxıblar - 2:1.

90+1-ci dəqiqədə Coy Lens Mikels dəqiq zərbə müəllifi olub

***

21:32

Azərbaycan Kubokunun "Sabah" və "Zirə" komandaları arasında keçirilən final oyununda ikinci qol vurulub.


Manset.az xəbər verir ki, "Palms Sports Arena"da keçirilirən matçda "bayquşlar" hesaba tarazlıq gətiriblər - 1:1.

70-ci dəqiqədə Patrik Mbina dəqiq zərbə müəllifi olub.

***

21:15

Azərbaycan Kubokunun "Sabah" və "Zirə" komandaları arasında keçirilən final oyununda ikinci hissə başlayıb.


Manset.az xəbər verir ki, "Palms Sports Arena"da keçirilirən qarşılaşmada "qartallar"ın 1:0 hesablı üstünlüyü davam edir.

Görüşü FIFA referisi Elçin Məsiyev idarə edir.

***

20:47

Azərbaycan Kubokunun "Sabah" və "Zirə" komandaları arasında keçirilən final oyununda ilk hissə başa çatıb.


"Qartallar" "Palms Sports Arena"dakı qarşılaşmada fasiləyə 1:0 hesabı ilə öndə yollanıblar.

4-cü dəqiqədə Eren Aydın fərqlənib.

***

20:05

Azərbaycan Kubokunun "Sabah" və "Zirə" komandaları arasında keçirilən final oyununda hesab açılıb.

Manset.az xəbər verir ki, "Palms Sports Arena"da "qartallar" hesabda irəli çıxıblar.

4-cü dəqiqədə Eren Aydın fərqlənib.

***

19:59

Azərbaycan Kubokunun "Sabah" və "Zirə" komandaları arasında keçirilən final oyunu başlayıb.

Manset.az xəbər verir ki, qarşılaşma "Palms Sports Arena"da keçirilir.

Görüşü FIFA referisi Elçin Məsiyev idarə edir.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az