Azərbaycan Kubokunun "Sabah" və "Zirə" komandaları arasında keçirilən final oyununda ikinci hissə başlayıb.
Manset.az xəbər verir ki, "Palms Sports Arena"da keçirilirən qarşılaşmada "qartallar"ın 1:0 hesablı üstünlüyü davam edir.
Görüşü FIFA referisi Elçin Məsiyev idarə edir.
***
20:47
Azərbaycan Kubokunun "Sabah" və "Zirə" komandaları arasında keçirilən final oyununda ilk hissə başa çatıb.
"Qartallar" "Palms Sports Arena"dakı qarşılaşmada fasiləyə 1:0 hesabı ilə öndə yollanıblar.
4-cü dəqiqədə Eren Aydın fərqlənib.
***
20:05
Azərbaycan Kubokunun "Sabah" və "Zirə" komandaları arasında keçirilən final oyununda hesab açılıb.
Manset.az xəbər verir ki, "Palms Sports Arena"da "qartallar" hesabda irəli çıxıblar.
4-cü dəqiqədə Eren Aydın fərqlənib.
***
19:59
Azərbaycan Kubokunun "Sabah" və "Zirə" komandaları arasında keçirilən final oyunu başlayıb.
Manset.az xəbər verir ki, qarşılaşma "Palms Sports Arena"da keçirilir.
Görüşü FIFA referisi Elçin Məsiyev idarə edir.