“Əl-Nəsr”dən ayrılır

14:17 - 16 May 2026

“Əl-Nəsr”dən ayrılır

“Əl-Nəsr”in baş məşqçisi Jorje Jezuş mövsümün sonunda komandadan ayrıla bilər.


Manset.az Qol.az-a istinadən xəbər verir ki, 71 yaşlı mütəxəssis qərarı barədə artıq klub rəhbərliyini məlumatlandırıb. Mənbənin iddiasına görə, Jezuş Səudiyyə Ərəbistanındakı işini başa vurmaq və karyerasını başqa ölkədə davam etdirmək niyyətindədir.

Hazırda “Əl-Nəsr” çempionluq uğrunda mübarizəni davam etdirir. Komanda, həmçinin, Asiya Çempionlar Liqası-2-nin finalına hazırlaşır. Rəqib Yaponiyanın “Qamba Osaka” klubudur.

Məlumata görə, mayın sonunda Jezuşun Lissabonda “Fənərbağça” rəsmiləri ilə görüşü planlaşdırılıb. Türkiyə klubu məşqçiyə mövsümə görə təxminən 15 milyon avro maaş nəzərdə tutan müqavilə təklif etməyə hazırdır. Bu, onun məşqçilik karyerasındakı ən böyük müqavilə ola bilər.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az