"Real" onu göndərir

00:30 - 17 May 2026

\"Real\" onu göndərir

“Real”ın kapitanı Daniel Karvaxal mövsümün sonunda komandadan ayrıla bilər.


Manset.az Qol.az-a istinadən xəbər verir ki, Madrid klubu 34 yaşlı müdafiəçi ilə müqaviləni yeniləməyi planlaşdırmır və futbolçu artıq bu qərardan xəbərdardır.

Bildirilir ki, regionda davam edən gərgin vəziyyət səbəbindən Karvaxalın karyerasını Səudiyyə Ərəbistanı və ya Yaxın Şərqin digər ölkələrində davam etdirməsi hazırda çətin görünür.

Qeyd edək ki, “Real”ın yetirməsi olan təcrübəli futbolçu komandanın heyətində bütün turnirlərdə 449 oyuna çıxıb, 14 qol vurub və 65 məhsuldar ötürmə edib. Karvaxal Madrid təmsilçisi ilə 6 dəfə Çempionlar Liqasının, 4 dəfə isə La Liqanın qalibi olub.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az