"Xankəndi" I Liqaya yüksəldi

20:52 - 18 May 2026

\"Xankəndi\" I Liqaya yüksəldi

Azərbaycan II Liqasının qalibi müəyyənləşib.


Manset.az xəbər verir ki, sonuncu - XXVII turda səfərdə "Şəmkir" komandasına qalib gələn lider "Xankəndi" çempion olub.

Səfərdə 1:0 hesablı qələbə qazanan kollektiv 76 xalla I Liqaya vəsiqə əldə edib.

Onun ən yaxın izləyicisi "Qaradağ Lökbatan" isə turnir cədvəlini 71 xalla ikinci sırada tamamlayıb. Lökbatan təmsilçisi I Liqanı 9-cu sırada tamamlayacaq komanda ilə pley-off matçında qarşılaşacaq. Qələbə qazanan tərəf 2026/2027 mövsümündə I Liqada təmsil olunacaq.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az