“Bavariya” klubu “Mançester Siti”nin müdafiəçisi Yoşko Qvardiolu heyətinə qata bilər.
Manset.az Qol.az-a istinadən xəbər verir ki, Almaniya nəhəngi xorvatiyalı futbolçunu yenidən Bundesliqaya qaytarmağı nəzərdən keçirir.
Klubun sabiq kapitanı Lotar Matteus da bu marağı təsdiqləyib və ilkin danışıqların aparıldığını bildirib.
Qeyd edək ki, futbolçu cari mövsümdə 24 matçda 2 qol və 5 məhsuldar ötürmə ilə yadda qalıb. "Transfermarkt" portalının qiymətləndirməsinə əsasən, futbolçunun hazırkı transfer dəyəri 70 milyon avro təşkil edir.