“Biz çempion olmağa gəlirik” - Aziz Yıldırım 

23:43 - 20 May 2026

“Biz çempion olmağa gəlirik” - Aziz Yıldırım 

“Fənərbağça” prezidentliyinə namizəd Aziz Yıldırım komandanın yenidən çempionluğa qayıtmasının vacibliyini vurğulayıb.


Manset.az Türkiyə mediasına istinadən xəbər verir ki, Aziz Yıldırım qurultay üzvləri ilə keçirilən görüş zamanı bildirib ki, klubdakı son 12 illik gedişatı dəyişmək üçün yenidən rəhbərliyə gəlmək istəyirlər.

O qeyd edib ki, hazırda komanda daxilində baş məşqçi məsələsi ətrafında müzakirələr aparılır:

“Biz mütləq çempion olmalı və klubun qarşısını açmalıyıq. Bunun üçün dostlarımızla müzakirələr aparırıq. Xarici məşqçi olsa nə dəyişər, yerli mütəxəssis olsa nə baş verər – bütün variantları nəzərdən keçiririk. Gələn həftə qurultaydan sonra bütün məsələlərə aydınlıq gətirəcəyik. Amma klubun əvvəlki dəyərlərini daşıyan şəxslər mütləq rəhbərlikdə yer alacaq”.

Yıldırım idarə heyətində yer alan şəxslərin bir qisminin əvvəlki komandadan olduğunu, böyük əksəriyyətin isə yeni simalardan ibarət olduğunu deyib.

“Biz sistem qurmağa gəlirik. Məqsədimiz çempionluqdur. Quracağımız sistem məndən sonra da idarə heyətindəki şəxslər tərəfindən davam etdiriləcək. Bunun əsasını institusional idarəetmə təşkil edir. Biz illər əvvəl bu sistemi formalaşdırmışdıq, lakin sonradan həmin model dəyişdi. İndi məqsədimiz klubu yenidən vahid və güclü struktura çevirməkdir. Azarkeşlərin, qurultay nümayəndələrinin və yüksək şura üzvlərinin sahib çıxdığı Fənərbağçanı yenidən birlikdə quracağıq”, – deyə o əlavə edib.



Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az