"Neftçi" mövsümü qələbə ilə başa vurdu

16:55 - 23 May 2026

\"Neftçi\" mövsümü qələbə ilə başa vurdu

"Neftçi" cari mövsüm Misli Premyer Liqasında sonuncu oyununu keçirib.


Manset.az xəbər verir ki, UEFA Konfrans Liqasına vəsiqəni təmin etmiş "ağ-qaralar" XXXIII turda "Kəpəz"lə üz-üzə gəlib.

Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionundakı qarşılaşma Bakı təmsilçisinin qələbəsi ilə bitib - 1:0.

54-cü dəqiqədə Freddi Varqas fərqlənib. Onun komanda yoldaşı İfeanyi Metyu 65-ci dəqiqədə birbaşa qırmızı vərəqə alaraq meydandan qovulub.

"Neftçi" mövsümü 59 xalla dördüncü sırada başa vurub. Gəncə klubu 27 xalla onuncu olub.




Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az