"Barselona" onu hədəfə aldı

00:30 - 24 May 2026

\"Barselona\" onu hədəfə aldı

"Barselona" "Bavariya"nın hücumçusu Harri Keyni transfer etməyi planlaşdırır.


Manset.az Qol.az-a istinadən xəbər verir ki, Kataloniya klubu ingiltərəli forvardı Robert Levandovskinin mümkün əvəzləyicisi kimi nəzərdən keçirir. Klub daxilində də Keynin namizədliyinə müsbət yanaşılır.

Bundan başqa, "Barselona"nın hücum xəttini gücləndirmək üçün Xulian Alvares və Joao Pedro kimi digər forvardlarla da maraqlandığı bildirilir.

Qeyd edək ki, Keynin “Bavariya” ilə müqaviləsi 2027-ci ilə qədər qüvvədədir və onun gələcəyi ilə bağlı yaxın aylarda qərar verilə biləcəyi gözlənilir.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az