“Çelsi”nin sabiq çalışdırıcısı Liam Rosenior “Nitsa” klubunun sahibi INEOS şirkətinin baş məqşçi təklifini geri çevirib.
Manset.az Qol.az-a istinadən xəbər verir ki, klubun ABŞ-dan olan potensial yeni sahiblərə satışı baş tutmadığından, “Nitsa” rəhbərliyi yeni mövsüm öncəsi hazırlıq işlərinə start verib və baş məşqçi axtarışı əsas prioritetlərdən birinə çevrilib. Dekabr ayında komandanı çalışdırmağa başlayan Klod Püelin ilə yeni müqavilə imzalamayacağı və onun mövsümün sonunda klubdan ayrılacağı gözlənilir.
Liam Roseniorun isə “Çelsi”dəki uğursuz dövrdən sonra fasilə götürmək istədiyi üçün “Nitsa”nın təklifini qəbul etmədiyi bildirilir.
Qeyd edək ki, “Nitsa” ötən mövsüm Fransa Liqa 1-də 16-cı pillədə qərarlaşıb.