“Qarabağ” futbolçusu Kamilo Duranın Şotlandiyanın “Seltik” komandasına keçidi rəsmiləşib.
Manset.az xəbər verir ki, bu haqda Ağdam klubu məlumat yayıb.
Qeyd edilib ki, futbolçunun transferi ilə bağlı Şotlandiyanın “Seltik” klubunun təklifi və kolumbiyalı hücumçunun istəyi nəzərə alınaraq müsbət cavablandırıb.
Klublar arasında aparılan danışıqların uğurla yekunlaşıb və tərəflər arasında razılıq əldə olunub.
“Seltik”in yaydığı açıqlamada isə bildirilib ki, Kamilo Duran ilə 5 illik müqavilə imzalanıb
Şotlandiya mediasının yazdığın görə, bu transferə görə “Seltik” “Qarabağ”a 5,5 milyon funt (6,4 milyon avro) təzminat ödəyəcək.
2025-ci ilin yayından “Qarabağ”ın formasını geyinən cənubi amerikalı futbolçu komandanın heyətində 45 oyunda 15 qol vurub. O, “Qarabağ”la birlikdə UEFA Çempionlar Liqasının Liqa mərhələsini adlayaraq pley-offun iştirakçısı olub.