"İnter" "Liverpul"un yarımmüdafiəçisi Körtis Consu transfer etmək cəhdini davam etdirsə də, növbəti dəfə də istəyinə çata bilməyib.
Manset.az Qol.az-a istinadən xəbər verir ki, bu barədə jurnalist Ben Ceykobs məlumat yayıb.
Milan təmsilçisi vasitəçilər vasitəsilə 25 yaşlı futbolçu üçün üçüncü təklifini göndərib. "İnter" bu dəfə Körtis Consa görə 32 milyon avro ödəməyə hazır olduğunu bildirib.
Lakin "Liverpul" bu təklifi də qəbul etməyib. İngiltərə klubu yarımmüdafiəçini 40 milyon avrodan aşağı qiymətə satmaq niyyətində deyil.
Qeyd edək ki, "İnter"in ilk təklifi 25 milyon avro olub və "Liverpul" rəhbərliyi bu məbləği ciddi qəbul etməyib.
Onu da əlavə edək ki, Körtis Consun "Liverpul"la müqaviləsinin müddəti gələn ilin yayına qədərdir.