logo
logo logo
logo

"Qarabağ"ı yaxşı təhlil etmişik" - ÇSKA-nın baş məçqçisi

20:17 - 22 İyul 2026

\"Qarabağ\"ı yaxşı təhlil etmişik\" - ÇSKA-nın baş məçqçisi

ÇSKA (Sofiya, Bolqarıstan) komandası "Qarabağ"ı yaxşı təhlil edib.


Manset.az Report-a istinadən xəbər verir ki, bunu Bolqarıstan təmsilçisinin baş məçqçisi Xristo Yanev "Qarabağ"a qarşı keçirəcəkləri UEFA Avropa Liqasının II təsnifat mərhələsinin ilk oyunundan əvvəl mətbuat konfransında deyib.

Mütəxəssis qarşılaşmaya ciddi hazırlaşdıqlarını bildirib:

"Oyuna yaxşı hazırlaşmaq imkanımız oldu. "Qarabağ"a qarşı uğurlu çıxış etmək istəyirik. Ölkə çempionatının oyunundan sonra futbolçularımız bərpa olunublar. Bütün düşüncəmizi "Qarabağ"la matça yönəltmişik. Rəqibin ötən il Çempionlar Liqasındakı görüşlərini izləmişik. Onları yaxşı təhlil etmişik və buna uyğun da mübarizə aparacağıq".

Qeyd edək ki, "Qarabağ" və ÇSKA komandaları arasındakı ilk oyun iyulun 23-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək. Cavab matçı isə 1 həftə sonra Sofiya şəhərində reallaşacaq.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az