logo
logo logo
logo

“Qarabağ” SSKA-ya qarşı - Avropa Liqas

09:06 - 23 İyul 2026

“Qarabağ” SSKA-ya qarşı - Avropa Liqas

Bu gün UEFA Avropa Liqasının II təsnifat mərhələsinin ilk oyunları çərçivəsində “Qarabağ” növbəti avrokubok sınağına çıxacaq.


Manset.az xəbər verir ki, Ağdam təmsilçisi doğma meydanda Bolqarıstanın SSKA klubunu qəbul edəcək.

Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək qarşılaşma saat 20:00-da start götürəcək. Oyunu italiyalı hakim Daniele Çiffi idarə edəcək.

Komandalar arasında cavab görüşü iyulun 30-da Sofiyada baş tutacaq.

Bu cütün qalibi III təsnifat mərhələsində Moldova təmsilçisi “Şerif”lə İsrailin “Makkabi” (Tel-Əviv) komandaları arasında keçiriləcək qarşılaşmanın qalibi ilə üz-üzə gələcək.

23 iyul

UEFA Avropa Liqası

II təsnifat mərhələsi – ilk oyun

20:00 . “Qarabağ! (Azərbaycan) – SSKA (Bolqarıstan)

Baş hakim: Daniele Çiffi (İtaliya)

Bakı, Tofiq Bəhramov adına Respublika stadionu.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az