UEFA Konfrans Liqasının III təsnifat mərhələsinin "Qarabağ" - "Dinamo" (Kiyev, Ukrayna) oyununda hesab açılıb.
Manset.az xəbər verir ki, matçda ilk qolu Azərbaycan təmsilçisi vurub.
12-ci dəqiqədə Jali Muaddib fərqlənib.
***
20:00
UEFA Konfrans Liqasının III təsnifat mərhələsinin "Qarabağ" - "Dinamo" (Ukrayna) oyunu başlayıb.
Manset.az xəbər verir ki, matç Tofiq Bəhramov adına Respublika stadionunda keçirilir.
Qarşılaşmanın baş hakimi ingiltərəli FIFA referisi Stüart Attuelldir.
Xatırladaq ki, komandalar arasında Polşada baş tutan ilk oyun Ukrayna təmsilçisinin 1:0 hesablı qələbəsi ilə başa çatıb.
III təsnifat mərhələsində üstün olan tərəf pley-off-da "Tvente" (Niderland) – DAK 1904 (Slovakiya) cütünün qalibi ilə qarşılaşacaq.