"Qalatasaray"ın Aleksis Mak Allisteri transfer gündəminə aldığı iddia edilib.
Manset.az "The Guardian" qəzetinə istinadən xəbər verir ki, mümkün transfer prosesinin gedişatını "Liverpul"un verəcəyi qərar müəyyənləşdirəcək. Qəzet həmçinin «Arsenal»da çıxış edən Qabriel Martinellinin də "Qalatasaray" tərəfindən izlənildiyini yazıb.
Almaniyanın «Sky Sport» nəşri isə "Qalatasaray"ın Martinelli üçün «Arsenal»a 45 milyon avroluq təklif göndərdiyini bildirib. Son məlumatlara görə, İngiltərə klubu bu təklifi qəbul etməyib və futbolçu üçün daha yüksək məbləğ tələb edir.