Misli Premyer Liqasında 1-ci turun oyunları keçirilir.
Manset.az xəbər verir ki, bu gün daha iki oyun baş tutacaq.
“Araz-Naxçıvan” “İmişli” ilə qarşılaşacaq. Qəbələdəki oyunu Əliyar Ağayev idarə edəcək.
Son çempion “Sabah” isə ilk turda “Kəpəz”I qəbul edəcək. Görüşün baş hakimi Fərid Hacıyev olacaq.
Mövsümün açılış oyununda “Turan Tovuz” evdə “Qəbələ”yə 1:0 hesabıyla qalib gəlib.Qalan oyunlar sabah və birigün keçiriləcək.Misli Premyer Liqası
1-ci tur
15 avqust
“Araz-Naxçıvan” – “İmişli”
Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Akif Əmirəli, Ruslan Quliyev
VAR: Nicat İsmayıllı
AVAR: Tərlan Talıbzadə
Hakim-inspektor: İmanxan Sultani
AFFA nümayəndəsi: Erkin Hüseynov
Qəbələ şəhər stadionu, 18:30
“Sabah” – “Kəpəz”
Hakimlər: Fərid Hacıyev, Rəhman İmami, Müslüm Əliyev, Əli Əliyev
VAR: Rauf Cabarov
AVAR: Elşad Abdullayev
Hakim-inspektor: Asim Xudiyev
AFFA nümayəndəsi: Zümrüd Ağayeva
“Bank Respublika Arena”, 20:45