logo
logo logo
logo

"Qarabağ"ı Niderlandda neçə azarkeş dəstəkləyə biləcək?

13:56 - 17 Avqust 2026

\"Qarabağ\"ı Niderlandda neçə azarkeş dəstəkləyə biləcək?

UEFA Konfrans Liqasının pley-off mərhələsi çərçivəsində "Qarabağ"ı səfərdə "Tvente" (Niderland) ilə keçirəcəyi matçda dəstəkləmək istəyən azarkeşlər üçün 1500 yer ayrılıb.


Manset.az-ın Ağdam klubunun mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, qarşılaşmanın vauçerləri bu gün saat 17:00-dan etibarən azarkeşlər üçün satışa təqdim olunacaq.

Vauçerlərin satışı yalnız İticket.az platforması üzərindən onlayn qaydada həyata keçiriləcək.

Qiyməti 45 manat müəyyənləşdirilən vauçerləri aldıqdan sonra, əsas biletlər matç gününə qədər azarkeşlərin elektron poçt ünvanlarına göndəriləcək. Diqqətə çatdırılır ki, arenaya daxil olmaq üçün mütləq şəkildə bilet və şəxsiyyəti təsdiq edən sənəd təqdim edilməlidir.

"Tvente" stadionunda Azərbaycan təmsilçisini dəstəkləyəcək fanatlar üçün 325 və 326-cı sektorlar ayrılıb. Həmin azarkeşlər tribunalara "X" girişi vasitəsilə daxil ola biləcəklər.

Xatırladaq ki, "Tvente" - "Qarabağ" qarşılaşması avqustun 20-də, Bakı vaxtı ilə saat 22:00-da start götürəcək.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az