logo
logo logo
logo

Bu nəhəng klub Kenan Yıldızı tranfer etmək istəyir 

16:03 - 18 Avqust 2026

Bu nəhəng klub Kenan Yıldızı tranfer etmək istəyir 

İngiltərə Premyer Liqasında çıxış edən “Arsenal”ın İtaliyanın “Yuventus” klubunda karyerasını davam etdirən Türkiyə millisinin futbolçusu Kenan Yıldızla ciddi şəkildə maraqlandığı və onun transferi üçün uyğun şərtlərin yaranmasını gözlədiyi bildirilir.


Manset.az xarici mediaya istinadən xəbər verir ki, İtaliya A Seriyasında “Yuventus”un formasını geyinən Kenan Yıldız göstərdiyi yüksək performansla Avropanın aparıcı klublarının diqqətini cəlb etməkdə davam edir. “Yuventus”un əsas oyunçularından birinə çevrilən və azarkeşlərin sevimlisinə çevrilən 21 yaşlı futbolçu ilə bağlı yeni transfer iddiası gündəmə gəlib.

Məlumata görə, ötən mövsüm İngiltərə Premyer Liqasının qalibi olan və UEFA Çempionlar Liqasında finala yüksələn “Arsenal” Kenan Yıldızı transfer siyahısına daxil edib.

London klubunun əsas hədəfinin sol cinah oyunçusu olduğu, lakin istədikləri sağ cinah futbolçusunun transfer üçün əlçatan olması halında bu mövqedə də seçimlərini genişləndirə biləcəyi qeyd edilib.

“Arsenal”ın Kenan Yıldızla yanaşı, Madrid “Atletiko”sunun hücumçusu Xulian Alvaresi də uzunmüddətli transfer hədəfi kimi müəyyənləşdirdiyi bildirilir. Klubun bu futbolçulardan hər hansı birinin transfer üçün əlçatan vəziyyətə gələcəyi təqdirdə danışıqlara başlamağa hazır olduğu vurğulanıb.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az