"Barselona" niderlandlı yarımmüdafiəçisi Frenki de Yonqu satmağa hazırdır.
Manset.az Qol.az-a istinadən xəbər verir ki, Kataloniya klubu futbolçunu 65 milyon avro dəyərində qiymətləndirib. Baş məşqçi Hans-Diter Flik də onun transferinə razılıq verib.
Mənbənin məlumatına görə, almaniyalı mütəxəssis de Yonqun kapitan sarğısını əlindən alıb. Buna səbəb isə futbolçunun zədəsinə baxmayaraq, 2026-cı il dünya çempionatına yollanması olub. Nəticədə onun zədəsi daha da ağırlaşıb və uzun müddət yaşıl meydanlardan uzaq qalıb.
Qeyd edək ki, "Barselona" avqustun 23-də yeni La Liqa mövsümündə ilk oyununu keçirəcək. Komanda "Elçe" ilə qarşılaşacaq.