logo
logo logo
logo

"Neftçi" məğlub oldu

23:36 - 30 Avqust 2026

\"Neftçi\" məğlub oldu

Misli Premyer Liqasının III turunda "Zirə" evdə "Neftçi"ni məğlub edib.


Manset.az xəbər verir ki, Zirə İdman Kompleksinin stadionunda baş tutan görüş Rəşad Sadıqovun baş məşqçi olduğu komandanın 1:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Yeganə qolu 45+3-cü dəqiqədə komandanın kapitanı Qismət Alıyev "Neftçi"nin qapısından keçirib. Bu qələbədən sonra xallarının sayını 9-a çatdıran "Zirə" turnir cədvəlinin ilk sırasında qərarlaşıb. 6 xala malik "Neftçi" isə ikincidir.

Qeyd edək ki, turun daha əvvəl keçirilən matçlarında "İmişli" "Şəfa"nı (1:0), "Kəpəz" "Turan Tovuz"u (1:0) məğlub edib. "Qəbələ" - "Şamaxı" görüşü isə qolsuz bərabərliklə yekunlaşıb. Tura avqustun 31-də yekun vurulacaq.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az