logo
logo logo
logo

"Sabah" "Araz-Naxçıvan"ı məğlub etdi

19:54 - 31 Avqust 2026

\"Sabah\" \"Araz-Naxçıvan\"ı məğlub etdi

Misli Premyer Liqasında III turun daha bir oyunu keçirilib.


Manset.az xəbər verir ki, günün ilk matçında son çempion "Sabah" "Araz-Naxçıvan"ın qonağı olub.

Qəbələ şəhər stadionundakı qarşılaşma paytaxt təmsilçisinin qələbəsi ilə bitib - 1:0.

49-cu dəqiqədə Patrik Orfe Mbina fərqlənib.

Rəqiblərindən bir oyun az keçirən "Sabah" 6 xalla 3-cü pillədə qərarlaşıb. Naxçıvan klubu 1 xalla 11-ci yerdədir.

Günün ikinci görüşündə "Qarabağ" "Sumqayıt"ın qonağı olacaq.

Turun daha əvvəl keçirilən matçlarında "İmişli" "Şəfa"nı (1:0), "Kəpəz" "Turan Tovuz"u (1:0), "Zirə" "Neftçi"ni (1:0) məğlub edib. "Qəbələ" - "Şamaxı" görüşü isə qolsuz yekunlaşıb.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az