Qadın voleybolçulardan ibarət Azərbaycan millisinin Avropa çempionatının 1/8 finalında Türkiyəyə qarşı keçirəcəyi görüş Azərbaycan və Türkiyə telekanalları vasitəsi ilə canlı yayımlanacaq.
Manset.az Qol.az-a istinadən xəbər verir ki, matç bu gün İstanbulun “Sinan Erdem” İdman Sarayında keçiriləcək və Bakı vaxtı ilə saat 20:00-da başlayacaq.
Türkiyədə oyun "TRT Spor" ve "TRT Spor Yıldız" telekanallarında nümayiş etdiriləcək.
Azərbaycanda isə bu qarşılaşmanı "CBC Sport" telekanalından canlı izləmək mümkün olacaq.