logo
logo logo
logo

Argentina “10” nömrəsini kimə həvalə edəcək?

00:30 - 02 Sentyabr 2026

Argentina “10” nömrəsini kimə həvalə edəcək?

Argentina millisinin və “İnter Mayami”nin ulduzu Lionel Messinin milli komandadakı karyerasını başa vurması ölkəsində daha bir müzakirəyə səbəb olub.


Manset.az Qol.az-a istinadən xəbər verir ki, 39 yaşlı futbolçu avqustun 31-də Argentina millisindən getdiyini açıqlayıb. Bununla da onun uzun illər geyindiyi 10 nömrəli formanı kimin daşıyacağı gündəmə gəlib. “Marca” nəşrinin məlumatına görə, bu forma üçün Nikolas Paz, Aleksis Mak Allister, Enso Fernandes və Tiaqo Almadanın adları çəkilir.

Argentinada 10 nömrənin Messiyə ehtiram olaraq istifadədən çıxarılması təklif olunsa da, FİFA qaydaları buna imkan vermir.

Qeyd edək ki, oxşar hal Dieqo Maradona ilə bağlı da yaşanıb. 2001-ci ildə Argentina Futbol Assosiasiyası 10 nömrəni istifadədən çıxarmaq istəsə də, FİFA buna icazə verməyib.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az