logo
logo logo
logo

"Qalatasaray"da ayrılıq siqnalı - Okan Burukun qərarı gözlənilir

15:21 - 02 Sentyabr 2026

\"Qalatasaray\"da ayrılıq siqnalı - Okan Burukun qərarı gözlənilir

"Başakşehir"də icarə əsasında çıxış etdikdən sonra "Qalatasaray"a qayıdan Kazımcan Karataş daha çox oyun vaxtı qazana biləcəyi komandaya keçmək istəyir.


Manset.az türk mediasına istinadən xəbər verir ki, hazırda "Qalatasaray"da İsmayıl Yakobs və Eren Elmalıdan sonra sol cinah müdafiəçisi mövqeyində üçüncü seçim olan Kazımcan Karataş komandadan ayrılmaq niyyətindədir.

23 yaşlı futbolçunun bu istəyini klub prezidenti Dursun Özbekə və rəhbərliyə çatdırdığı bildirilir. Lakin baş məşqçi Okan Buruk Super Liqa və UEFA Çempionlar Liqasındakı sıx oyun təqvimini nəzərə alaraq Karataşın gedişinə ehtiyatla yanaşır.

Məsələ ilə bağlı yekun qərarın "Qalatasaray" İdarə Heyəti tərəfindən veriləcəyi qeyd olunur.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az