logo
logo logo
logo

Elvin Cəfərquliyev əməliyyat olundu - FOTO

20:06 - 02 Sentyabr 2026

Elvin Cəfərquliyev əməliyyat olundu - FOTO

Azərbaycan millisinin və "Qarabağ"ın futbolçusu Elvin Cəfərquliyev əməliyyat olunub.


Manset.az xəbər verir ki, bu barədə Ağdam təmsilçisinin mətbuat xidməti məlumat yayıb.

UEFA Konfrans Liqasının III təsnifat mərhələsində "Dinamo" (Kiyev, Ukrayna) ilə cavab oyununda zədələnən müdafiəçinin əməliyyatı uğurla başa çatıb.

Avqustun 13-də keçirilən qarşılaşmada zədə alan futbolçunun sol budunun arxa əzələ qrupuna (hamstring) daxil olan yarımvətərli əzələsinin distal vətərində zədələnmə aşkarlanıb.

Elvin Cəfərquliyevin müalicə və bərpa prosesi "Qarabağ"ın tibbi heyətinin nəzarəti altında davam etdiriləcək.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az