Transfer pəncərəsinin son günündə yarımmüdafiə xəttini gücləndirmək istəyən “Qalatasaray” Gedson Fernandeslə bağlı addım atıb.
Manset.az türk mediasına istinadən xəbər verir ki, baş məşqçi Okan Burukun mərkəz yarımmüdafiəsində seçim imkanlarını artırmaq üçün prezident Dursun Özbek və rəhbərlik keçmiş ulduz futbolçularını komandaya qaytarmaq məqsədilə danışıqlara başlayıb.
UEFA-nın iştirakçı siyahısına daxil edilməsə də, həmin futbolçu “Qalatasaray”a qayıdacağı təqdirdə mövsümün ilk yarısındakı fasiləyədək Super Liqada çıxış edə biləcək. O, yeni ildə UEFA siyahısına da əlavə oluna bilər.