logo
logo logo
logo

"Fənərbaxça" müdafiəyə yeni ad gətirir

15:19 - 04 Sentyabr 2026

\"Fənərbaxça\" müdafiəyə yeni ad gətirir

Çağlar Söyüncü və Rodriqo Bekao ilə yollarını ayırmağa hazırlaşan "Fənərbaxça" müdafiə xəttini gücləndirmək üçün "Konyaspor"un futbolçusu Adil Demirbağı transfer etmək istəyir.


Manset.az türk mediasına istinadən xəbər verir ki, transfer pəncərəsinin bağlanmasına saatlar qalmış İstanbul təmsilçisi 28 yaşlı mərkəz müdafiəçisi üçün rəsmi təklif göndərib.

"A Spor"un məlumatına görə, tərəflər arasında danışıqlar davam edir. Bildirilir ki, "Fənərbaxça" Adil Demirbağ üçün 1,5 milyon avro təklif etsə də, "Konyaspor" bu məbləği kifayət hesab etməyərək daha yüksək təzminat tələb edib.

Hazırda klublar arasında transferin maliyyə şərtləri ilə bağlı müzakirələr davam edir.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az