logo
logo logo
logo

V tur "İmişli" - "Neftçi" oyunu ilə start götürəcək - Premyer Liqa

09:25 - 11 Sentyabr 2026

V tur \"İmişli\" - \"Neftçi\" oyunu ilə start götürəcək - Premyer Liqa

Misli Premyer Liqasında V tura bu gün start veriləcək.


Manset.az xəbər verir ki, günün yeganə matçında "Neftçi" "İmişli"nin qonağı olacaq.

Qarşılaşma Yevlax şəhər stadionunda, saat 16:30-da start götürəcək.

Paytaxt təmsilçisi 9 xalla liderdir. Meydan sahibləri 4 xalla 8-ci pillədə qərarlaşıb.

Misli Premyer Liqası

I dövrə, V tur

11 sentyabr

16:30. "İmişli" – "Neftçi"

Hakimlər: Kamranbəy Rəhimov, Şirmamed Mamedov, Kərim Zeynalov, Fərid Hacıyev.

VAR: Emin Əliyev.

AVAR: Akif Əmirəli.

Hakim-inspektor: Ömər Paşayev.

AFFA nümayəndəsi: Nəriman Axundov.

Yevlax şəhər stadionu

Xatırladaq ki, V turun digər qarşılaşmaları 12, 13 və 14 sentyabrda baş tutacaq.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az