“Sabah”ın qapıçısı Stas Pokatilov UEFA Çempionlar Liqasının Liqa mərhələsinin 1-ci turundan sonra ən çox qurtarış edən qapıçılar siyahısında yer alıb.
Manset.az xəbər verir ki, o, “Mançester Yunayted”ə 0:4 hesabı ilə uduzduqları oyunda 5 dəfə seyv edib.
Siyahıya hərəyə 8 qurtarışla “Portu”nun qapıçısı Dioqu Koşta və “Slovan”dan Dominik Takaç başçılıq edirlər. Tibo Kurtua (“Real”) 7, Xosep Martines (“İnter”) 6 qurtarış edib.
Qeyd edək ki, “Sabah” Çempionlar Liqasının Liqa mərhələsində debüt matçında “Mançester Yunayted”ə 0:4 hesabı ilə uduzub.