Macarıstanlı hakim Tamaş Boqnar Super Liqanın V turunda keçiriləcək "Beşiktaş" – "Erzurumspor" matçına VAR hakimi təyin olunub.
Manset.az türk mediasına istinadən xəbər verir ki, "Beşiktaş" və "Erzurumspor" Super Liqanın 5-ci turunun açılış oyununda qarşılaşacaqlar. Bu görüşdə VAR hakimi funksiyasını macarıstanlı referi Tamaş Boqnar, AVAR hakimi vəzifəsini isə Hüseyn Aylak yerinə yetirəcək.